Azedu.az

Orta məktəblərdə hərbi dərslər bərpa edilsin - Fazil Mustafa

2 İyun 2020, 13:00
Orta məktəblərdə hərbi dərslər bərpa edilsin - Fazil Mustafa

Azərbaycanda orta məktəblərdə hərbi dərslər bərpa edilsin.

 

AzEdu.az xəbər verir ki, bu təkliflə Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclasında deputat Fazil Mustafa çıxış edib.

 

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra məsələləri diqqətdən kənardan saxlamaqla gələcəkdə problemlərlə üzləşə bilərik: “İllər əvvəl orta məktəblərdə qumbara partlamışdı və buna görə də orta məktəblərdə hərbi dərslər yığışdırıldı. Biz müharibə aparırıq. Hərbi dərslərin bərpasını təklif edirəm. Bunun da əsaslandırılması çox sadədir. Biz hər zaman kadr problemini, hazırlıqsız olduğumuzu qeyd edirik. Biz onsuz da problemi hərbi yolla həll edəcəyik. Əgər indi bunu etməsək, gələcəkdə deyəcəyik ki, hazırlıqlı deyildik”.

Ölkə bu xəbərlə SİLKƏLƏNİR: Baş nazirin GİZLİ MİLYONLARI ifşa edildi
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox