Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-10 15:19:00
AMEA-da elmi müəssisələr və innovasiya fondu yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla fundamental, eksperimental və tətbiqi tədqiqatlar aparan, elmi tədqiqat işlərinin tətbiqini təmin edən elmi müəssisələr yaradacaq.

 

AzEdu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərmanda öz əksini tapıb.

 

Fərmana əsasən, AMEA fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər maliyyə mənbələri hesabına innovasiya fondu yarada biləcək.