Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-09 12:14:00
AMEA-nın rəsmi veb-portalı onlayn rejimdə fəaliyyət göstərir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi veb-portalı olan science.gov.az-ın əməkdaşları ölkədə karantin rejimi elan olunan gündən öz fəaliyyətini onlayn şəkildə davam etdirir. Portala hər gün 3 (Azərbaycan, rus, ingilis) dildə məlumatlar yerləşdirilir.

 

AMEA-dan AzEdu.az-a bildirilib ki,  koronavirus pandemiyasının dünyada və ölkəmizdə vüsət alması səbəbindən dövlət tərəfindən ardıcıl,  təxirəsalınmaz tədbirlər həyata keçirilir və bu tədbirlərin məntiqi davamı olaraq AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə qurumun əməkdaşları bir ay müddətinə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilib.

 

science.gov.az portalı ölkənin elm sferasında fəaliyyət göstərən ən böyük veb-resursu olaraq, sosial təcrid şəraitində dünyada və ölkəmizdə bu sahədə olan yenilikləri çatdırmaqda davam edir. Portalda hər gün AMEA-nın institut və təşkilatlarının xüsusi karantin rejiminə uyğun olaraq gördüyü işlər, apardıqları araşdırmalar, distant təhsil, virtual dərslər və s. haqqında məlumatlar verilir. Eyni zamanda dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə bağlı son məlumatlar, bu virusla mübarizə məqsədilə görülən tədbirlər, aparılan araşdırmalar da işıqlandırılır.