https://www.zirve.edu.az/
27.03.2020 18:00
Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi
Çap et

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) rektoru, akademik Viktor Sadovniçi keçirdiyi onlayn  mətbuat konfransında bildirib ki, koronavirus səbəbindən ali məktəblərin distant təhsilə keçməsi universitetlərin rəqəmsallaşdırma potensialının açılmasına kömək edib.

AzEdu.az xəbər verir ki, rektor distant təhsillə bağlı fikirlərini bölüşüb

"Bu çətin vəziyyət rəqəmsal universitetin potensialının üzə çıxmasına  yardım etdi. Ola bilsin ki, əvvəllər müxtəlif rəqəmsal imkanlardan o qədər də istifadə etməyən akademiklər, professorlar indi ilk dəfədir, bunun  nə qədər güclü və mühüm olduğunu gördülər", — deyə o qeyd edib.

 

Rektorun  sözlərinə görə, MDU karantin dövründə  rəqəmsal formatdan daha geniş istifadə etməyi öyrəndi. Rəqəmsallaşdırma xarici amillərlə diktə edilmişdi, lakin başlanğıc potensialı sayəsində universitet bir neçə gün ərzində bu tədris formatına yenidən keçməyi  bacardı.

 

Xatırladaq ki, ölkənin Elm və Ali Təhsil Nazirliyi martın 16-da koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə ali məktəblərin distant təhsilə keçməsi barədə tövsiyə verib. Bunun ardınca ali təhsil müəssisələri tələbələrə tədris korpuslarına girişi məhdudlaşdıran və təhsil prosesinin onlayn platformalara ötürülməsi  imkanını müəyyən edən əmrlər verməyə  başlayıblar.

 

Bundan əvvəl "Rəqəmsal universitet" proqramı mövcud idi; o, "Rəqəmsal iqtisadiyyat" milli proqramı və "Təhsil" milli layihəsi çərçivəsində maliyyələşdirilirdi. Ali məktəblərin rəqəmsallaşdırılması  təşəbbüsü çərçivəsində təhsil prosesinə virtual reallıq, süni intellekt ilə bağlı kompüter texnologiyalarının tətbiqi nəzərdə tutulurdu. Kütləvi onlayn kursların təhsil planlarına tətbiqi artıq inkişaf etdirilib. (Azərbaycan Müəllimi/Oruc Mustafayev)