https://www.zirve.edu.az/
26.03.2020 16:49
Gənclərə hava-su kimi lazım olan pulsuz onlayn resurslar
Çap et

İnformasiyanın əldə edilməsi heç bir dövrdə bu qədər asan olmayıb. İnternetin olmadığı illərdə insanların çoxu dünyanın o biri ucunda hansı canlıların, hansı mədəniyyətlərin olduğunu, başqa yerlərdə nələrin baş verdiyini öyrənmədən ömürlərini tamamlayırdılar.

 

Hazırda isə onlayn təhsil mənbələrini asanlıqla internet üzərindən tapır, istədiyimiz məlumatı anında öyrənə bilirik.

 

Günümüzdə bir çox onlayn təhsil resursları var ki, biz onlar vasitəsilə xarici dil öyrənir, riyaziyyatda qarşılaşdığımız problemləri həll edir və yaxud psixologiyadan onlayn dərslər götürə bilirik.

 

AzEdu.az ən çox bəyənilən və faydalılığı yüksək olan pulsuz onlayn təhsil platformalarını təqdim edir:

 

  1. Coursera

Ən qədim və köklü onlayn təhsil mənbələrindəndir. Dünyanın hər yerindən yüzlərlə universitetin ən maraqlı dərslərini pulsuz olaraq əldə edə bilirsiniz. Hansı mövzuda və dildə təhsil almaq istədiyinizi dərslərin siyahısı olan səhifədən seçə bilərsiniz.

 

  1. EdX

Edx quruluşu və fəaliyyət şəklinə görə “Coursera”ya bənzəyir, ancaq hələ onlayn platformalarda onun kimi tanınmır. Bu platforma vasitəsilə siz Massaçusets Texnologiya İnstitutu və Stenford kimi dünyanın ən tanınmış universitetlərində çalışan professorlardan ödənişsiz olaraq video formatında dərs ala bilərsiniz.

 

  1. Duolingo

Dil öyrənmək üçün “Duolingo” olduqca asan və əyləncəli bir vasitədir. “Duolingo” sizə boşluq doldurmaq kimi kiçik oyunlar oynatdıraraq ən bəsit sözlərdən seçdiyiniz dili öyrətməyə başlayır və sizi başlanğıc səviyyədən dərdinizi başa sala biləcəyiniz səviyyəyə kimi çatdırır.

 

Əgər ingiliscə bilirsinizsə, bu proqram vasitəsilə 16 fərqli dili öyrənməyiniz mümkündür. İstifadəsi son dərəcə asan olan “Duolingo” “Apple” şirkəti tərəfindən 2013-cü ildə “İlin ən yaxşı proqramı” seçilib.

 

  1. Udemy

“Udemy” istifadəçilərə həm ödənişli, həm də ödənişsiz təhsil videoları təqdim edir. Burada 1000-dən çox pulsuz təhsil videoları var. Axtarış bölməsinə “free” yazaraq ödənişsiz videoları əldə edə bilərsiniz. “Udemy” istifadəçilərə xarici dildən tutmuş riyaziyyat, sosial elmlər və incəsənətə kimi müxtəlif sahələri əhatə edən dərslər təklif edir.

 

  1. Code.org

“Facebook”un qurucusu Mark Zukerberq başda olmaqla bir çox məşhurun reklamını etdiyi bu platforma uşaqlara balaca yaşlarından kodlaşdırmanı öyrədir.

 

  1. MIT Open Courseware

Texnologiya sahəsi üzrə məşhur olan Massaçusets Texnologiya İnstitutunun dərslərini və təhsili ilə bağlı videolarını bu platforma vasitəsilə əldə edə bilərsiniz.