Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-23 17:29:00
ATU Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürüb

Azərbaycan Tibb Universiteti (ATU) Koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

AzEdu.az xəbər verir ki, Fonda universitet tərəfindən bu gün 50 min manat məbləğində vəsait köçürülüb.

Qeyd edək ki, koronavirusla mübarizə müddətində ATU-nun həkim heyəti, klinikaları və işçi qüvvəsi gücləndirilmiş rejimlə çalışır.