Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-07 12:18:00
Məktəblilərin gələcək inkişafına yönələn “Bir anda orada…” layihəsi başa çatıb

Ağsu rayonunda keçirilən “Bir anda orada…” layihəsi başa çatıb.

AzEdu.az xəbər verir ki,  Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə Ağsu rayon Abasxanlı kənd tam orta məktəbində baş tutub.

Təlim gənclərin düzgün ixtisas seçimi barədə məlumatlandırmaq, ixtisaslar haqqında maarifləndirmək, gəncləri biznes sahələri, iqtisadiyyat, marketinq, menecment ixtisaslarinda nələr gözlədiyi haqqında məlumandırılmasını əhatə edib.

Layihə çərçivəsində məktəblilərə iki gün təlimlər keçirilib.

Layihənin açılış mərasimi layihə rəhbəri Günay Səbzəliyevanın çıxışı ilə başlanılıb. Çıxışında Azərbaycan Respublikası Gənclər Fonduna təşəkkür edən G. Səbzəliyevanın  öz yaşadığı problemi layihə formasında müraciət etməsindən və layihənin əsas fəaliyyətlərindən danışıb.

Daha sonra təlimçi Orxan Salmanov təlimin ilk günündə məktəblilərə ixtisas seçimimin önəmi təhsil almadan düzgün peşəyə yiyələnmə, yaxşı mütəxəssisin sahib olmalı olduğu bacarıqlar haqqında təlim keçib və sualları cavablayıb.

Layihənin ikinci günü gənclərə biznes, sahibkarlıq, marketinq haqqında biliklər verilib. Gənclər öz suallarını səsləndirib və cavab tapıb. Sonda iştirakçılara kitablar hədiyyə olunub və istirakçılar sertifikatla təmin olunub.