Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-04 09:28:00
Həkimlər xəbərdarlıq edir: Məktəbliləri qoruyaq -VİDEO

 

Oturaq həyat tərzinin orqanizmə təsirini öyrənən Şərqi Ontario Tədqiqat Mərkəzi (Kanada) nəzdindəki uşaq xəstəxanasının tədqiqatçıları belə qənaətə gəliblər ki, bir çox insanlar gündə 10 saatdan çox oturaq həyat tərzi keçirir. Belə həyat tərzi sağlamlığa ciddi ziyan vurur. Hətta yaxşı fiziki formada olan təsiri bağışlayanlar belə oturaq həyat tərzinin fəsadlarından yaxa qurtara bilmir.

 

Müşahidələr məktəblərdə oturaq həyat tərzi keçirən, eləcə də  televerilişlərə baxan uşaqlar üzərində aparılmışdır. Saatlarla dərsdə, sonra isə kompyuter və ya televizor qarşısında oturmağın uşaq orqanizminə təsirini öyrənən tədqiqatçılar uşaqların qan təzyiqini ölçmüş, tənəffüsünün vəziyyətini yoxlamışlar.

 

Tədqiqatın nəticələri bir o qədər könülaçan olmamışdır. Məlum olmuşdur ki, 2-7 saat bir yerdə oturandan sonra qanda şəkərin səviyyəsi qalxır, “yaxşı” xolesterin azalır, osteoporozun yaranmasına səbəb olan amillər ortaya çıxır.