https://www.zirve.edu.az/
27.02.2020 10:58
Məktəbdən kənar qalanların  fərdi təhsilə cəlbi necə həyata keçirilir? -CAVAB
Çap et

 

Təhsildən  uzun müddət kənar qalan şəxslərin   fərdi təhsilə necə cəlb edilməsi ilə bağlı suallar tez-tez verilir.

Azedu.az  bu problemlə üzləşən şəxslərə fərdi təhsilə cəlb olma qaydaları haqqında bilgiləri təqdim edir:

 Fərdi təhsil almaq istəyən şəxslər(onların valideynləri vəya digər qanuni nümayəndələri )hər il iyul-avqust aylarında yaşayış yeri üzrə təhsil şöbəsinə(idarəsinə)təhsildən kənarda qalmasının səbəbi və hansı sinifdə təhsil almasını göstərilməklə aşağıdakı sənədlər əlavə olunmuş ərizə ilə müraciət edirlər:

-Doğum haqqına şəhadətnamə;

 -Yaşayış yerindən arayış;

-2 ədəd 3-4 ölçüdə foto şəkil

 Fərdi Təhsil almaq istəyən barədə müraciət edən şəxsin ərizəsi Təhsil şöbəsi(idarəsində)qeydə alınır və onun fərdi Təhsilə cəlbi barədə yaşadığı ərazidəki məktəbin direktoruna rəsmi məktub ünvanlanır. Ərizəçinin qeyd etdiyi sinif üzrə fərdi təhsilə cəlbi məktəb direktorunun əmri ilə rəsmiləşdirilir..

Elşən RAMİZOĞLU