Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-21 15:52:00
Müəllim və valideynlər qəbul edilib

Fevralın 21-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib.

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 179 nömrəli tam orta məktəbdə Binəqədi və Nəsimi rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, əlavə korpusun tikilməsi, şagirdlərin elektron yerdəyişməsi, məktəblərin qarşısında piyada zolağının çəkilməsi və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.