https://www.zirve.edu.az/
18.02.2020 15:58
Tələbələrin Neft-Kimya Prosesləri İnstitutunda istehsalat təcrübəsi
Çap et

AzEdu.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) KK045A – Kimya ixtisası üzrə təhsil alan IV kurs tələbələri AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) istehsalat təcrübəsinə başlayıb.

Qeyd edək ki,  27 tələbə martın 11-dək NKPİ-nin müxtəlif laboratoriyalarında hər gün qruplar üzrə istehsalat təcrübəsi keçəcək.

Əvvəlcə tələbələr və onların rəhbərləri BDU-nun müəllimi,  professor İbrahim Məmmədov və kimya üzrə fəlsəfə doktoru Yeganə Məmmədova institutun direktoru, akademik Vaqif Abbasovla görüşüblər.

V.Abbasov tələbələrə elm və təhsilin vəhdətindən, NKPİ-nin fəaliyyətindən, burada aparılan elmi-tədqiqat işlərindən, kimya elmində baş verən mühüm yeniliklərdən söz açıb, tələbələrə bir sıra dəyərli tövsiyələr verib və onların suallarını cavablandırıb. Akademik bildirib ki, elm və təhsilin inteqrasiyası yüksək ixtisaslı kadrların yetişməsinə imkan yaradır.

Sonra institutun elmi işlər üzrə direktor müavini, professor Hikmət İbrahimov tələbələri təcrübə keçəcəkləri NKPİ-nin laboratoriyaları ilə tanış edib, laboratoriyalar haqqında ətraflı məlumat verib. (Azərbaycan müəllimi)