Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-12 12:51:00
Təhsil nazirinin müavini  Anar və Çingiz Abdullayevə medallarını təqdim etdi

Fevralın 10-da təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Yazıçılar Birliyinin   sədri, Xalq yazıçısı Anar və Birliyin katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə görüşüb.

AzEdu.az AYB-nin  mətbuat xidmətinə istinadən məlumat verir ki, nazir müavini Bakı Dövlət Universitetinin 100 illik yubileyindən və bu münasibətlə Təhsil naziri Ceyhun Bayramovun 6 dekabr 2019-cu il tarixli, k-1827 nömrəli əmri ilə təsis edilmiş “Bakı Dövlət Universitetinin 100 illiyi” medalından söz açıb.

Qeyd olunub ki, bu medal Bakı Dövlət Universitetinin fəaliyyətində rolu olmuş insanlara, Azərbaycanın nüfuzlu şəxslərinə təqdim edilir. Xalq yazıçısı Anarın və Xalq yazıçısı Çingiz Abdullayevin “Bakı Dövlət Universitetinin 100 illiyi” medalına layiq görüldüyünü bildirən Firudin Qurbanov, nazir Ceyhun Bayramovun təbrikərini çatdırıb.

Sonra medallar hər iki Xalq yazıçısına təqdim edilib. Yazıçılar Birliyinin sədri Anar təltifə və diqqətə görə Firudin Qurbanova minnətdarlığını bildirib və təhsil naziri Ceyhun Bayramova təşəkkürlərini çatdırmağı xahiş edib. Xalq yazıçısı Çingiz Abudllayev də təltif üçün öz minnətdarlığını bilirib.