Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-04 09:48:00
Qəbul imtahanlarında iştirak üçün təyin olunan məbləğ artmayacaq -Ekspertdən izah

“Ali məktəblərin qəbul imtahanlarında iştirak üçün təyin olunan məbləğ artmayacaq”.

AzEdu.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Elçin Əfəndi səsləndirib. O qeyd edib ki, bu il qəbul imtahanlarında  ödəniş ötən ildə olduğu kimi 40 AZN olacaq.

“Cari ilin məzunları I imtahandan pulsuz yararlana bilərlər. Əgər onlar II imtahanda iştirak edərlərsə 40 AZN ödəniş etmiş olacaqlar. Və ya ümumiyyətlə yalnız ikili blok imtahanının birindən yararlanmaq istəyərlərsə o zaman ödəniş ödəməyəcəklər. Əvvəlki illərin məzunları isə hər bir imtahan mərhələsi üçün 40 AZN ödəniş ödəməlidirlər. Bundan əlavə qeyd edim ki, cari ilin məzunları və ya əvvəlki ilin məzunları xarici dil fərqliliyini nəzərə alaraq əlavə xarici dil üzrə imtahan verməyi düşünürlərsə, bu zaman 10 AZN ödəniş etmiş olacaqlar.

Məlumat üçün bildirək ki, əvvəlki illərin məzunları üçün qəbul imtahanı 26 aprel tarixində keçiriləcək.