Azedu.az

Koronavirus dəhşəti: Bakıda karantində saxlanılan tələbənin atası öldü

1 Fevral 2020, 12:03
Koronavirus dəhşəti: Bakıda karantində saxlanılan tələbənin atası öldü

1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan tələbənin kimliyi məlum olub.

AzEdu.az xəbər veri ki,  bu, BDU-nun Amerikaşünaslıq fakültəsinin III kurs tələbəsi Zhenghai Liu Youshadır.

Bu ilin yanvar ayının ortalarında Çindən Azərbaycana gələn tələbə yanvarın 27-də Kliniki Tibbi Mərkəzə daxil olub.

Tələbənin dediyinə görə, atası Çində dünyasını dəyişib. Ona görə də o, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə karantindədir.

Xəstəxanada Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, lakin təhlükəsizlik baxımından nəzarətdə saxlanılır.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox