Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-30 12:42:00
Yeni Peşə Təhsil Mərkəzi “Şərq Motors” MMC ilə əməkdaşlığa başlayıb

Azedu.az xəbər verir ki, Koreya peşə təhsili standartları əsasında yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Şərq Motors” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun imzalanmasında başlıca məqsəd peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir.

Əməkdaşlıq çərçivəsində mərkəzdə avtomobil sahəsində təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə “Şərq Motors” tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, 2019-cu il sentyabrın 13-də fəaliyyətə başlayan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi  2019-2020-ci tədris ilində beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığına istiqamətlənən mərkəzdir. Sumqayıt Texnologiyalar Parkı, “Cisco”, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies”, “Baku Roofing Company”, “Cahan Motors”,  “Sigma Tecnical Services”, “Suez”, “Alstom”, “İKMA”, “Cahan Motors”, “Sumqayıt Texnologiya Data Mərkəzi” kimi qabaqcıl müəssisələr mərkəzlə əməkdaşlığa başlayıb.