Azedu.az

STEAM layihəsi paytaxt məktəblərində

27 Yanvar 2020, 10:23
STEAM layihəsi paytaxt məktəblərində

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 31 ümumi təhsil müəssisəsində STEAM layihəsi tətbiq olunur.

AzEdu.az xəbər verir ki, layihəyə 184 sinif üzrə 4975 şagird cəlb edilib.

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.

STEAM beş sahənin – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş tədrisi ideyası üzərində qurulub.

Layihə çərçivəsində steam.edu.az portalı da istifadəyə verilib.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox