Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-24 13:53:00
 Buraxılış və blok  imtahanlarında balların hesablanması qaydaları - Bütün detallar

 

AzEdu.az  təhsil  eksperti  Elçin Əfəndiyə istinadən abituriyentlər üçün buraxılış və blok imtahanlarında balların hesablanma qaydalarını təqdim edir:

 

I qrup fənləri:


Azərbaycan dili (tədris dili)-Buraxılış imtahanı
Riyaziyyat-Buraxılış imtahanı
Xarici dil-Buraxılış imtahanı
Riyaziyyat-Qəbul imtahanı
Fizika-Qəbul imtahanı
Kimya-Qəbul imtahanı

II qrup fənləri:


Azərbaycan dili (tədris dili)-Buraxılış imtahanı
Riyaziyyat-Buraxılış imtahanı
Xarici dil-Buraxılış imtahanı
Riyaziyyat-Qəbul imtahanı
Coğrafiya-Qəbul imtahanı
Tarix (Azərbaycan və dünya)-Qəbul imtahanı

III qrup fənləri:


Azərbaycan dili (tədris dili)-Buraxılış imtahanı
Riyaziyyat-Buraxılış imtahanı
Xarici dil-Buraxılış imtahanı
Azərbaycan dili (tədris dili)-Qəbul imtahanı
Ədəbiyyat-Qəbul imtahanı
Tarix (Azərbaycan və dünya)-Qəbul imtahanı

IV qrup fənləri:


Azərbaycan dili (tədris dili)-Buraxılış imtahanı
Riyaziyyat-Buraxılış imtahanı
Xarici dil-Buraxılış imtahanı
Biologiya-Qəbul imtahanı
Fizika-Qəbul imtahanı
Kimya-Qəbul imtahanı

V qrup fənləri:


Azərbaycan dili (tədris dili)-Buraxılış/Qəbul imtahanı
Riyaziyyat-Buraxılış/Qəbul imtahanı
Xarici dil-Buraxılış/Qəbul imtahanı

-İmtahanların keçirilməsi və sual qoyuluşunda hansı dəyişikliklər olacaq?

-Buraxılış imtahanlarında abituriyentlər kurikulum əsaslı tapşırıqlardan, yazı vərdişləri və qavrama vərdişləri tapşırıqlarından, eləcə də ESSE yazmaqla imtahan verəcəklər. Qəbul imtahan mərhələsində isə qapalı və açıq tipli testlərdən imtahan verəcəklər. Necəki bu il 9-cu siniflərin buraxılış imtahanında Dövlət İmtahan Mərkəzi bu üsulu tətbiq etmişdi.
Qəbul imtahanları balların fənlərə görə bölgü prinsipi fikrimcə, bu şəkildə olacaqdır. Deməli, buraxılış imtahanı bütün qruplar üzrə:

Azərbaycan dili (tədris dili)-100 bal
Riyaziyyat-100 bal
Xarici dil-100 bal
Qəbul imtahanları:

I qrup üzrə:
Fizika-200 bal
Riyaziyyat-100 bal
Kimya-100 bal

II qrup üzrə:
Coğrafiya-200 bal
Tarix (Ümumi və Azərbaycan)-100 bal
Riyaziyyat-100 bal

III qrup üzrə:
Tarix (Ümumi və Azərbaycan)-200 bal
Ədəbiyyat-100 bal
Azərbaycan dili-100 bal

IV qrup üzrə
Biologiya-200 bal
Kimya-100 bal
Fizika-100 bal

V qrup üzrə
Azərbaycan (tədris dili)-100 bal
Riyaziyyat-100 bal
Xarici dil-100 bal

Balların hesablanma texnikası və ya düsturu 

-Burada Dövlət İmtahan Mərkəzi hər fənn üzrə 25 sual tətbiq edərsə, bu zaman ümumilikdə 150 sual ola bilər. Fikrimcə daha uyğun variant hər fənn üzrə 20 sualın tətbiq olunmasıdır. Halbuki bir neçə il öncə ümumi sual sayı 120 idi. Düşünürəm ki, ilk mərhələ üzrə 60, ikinci mərhələ üzrə də 60 sual təqdim edilərsə, abituriyentlərin bu sualları cavablamağa zamanları kifayət edər. İstənilən halda hesablama düsturunu bu iki variant üzrə tətbiq etsək, bu zaman düzgün cavabların sayı vurulacaq 4-ə və ya 5-ə. Alınan nəticədən çıxılacaq səhv cavabların sayı. Buradan da nəticə alınacaqdır. Bu qaydanı düsturla ifadə etsək, o zaman NB=D*4 və ya 5, NB-S=N, N*2=N olacaqdır.
Burada NB-nisbi baldır.
D-düzgün cavabların sayıdır.
4 və ya 5 bir suala görə verilən baldır (əgər 25 sual olarsa, 4-ə, 20 sual olarsa 5-ə vurulacaqdır).
N-nəticədir.
N*2 düsturu isə əsas fənlərin nəticəsinin 2 əmsalına vurulmasıdır.
Buraxılış və qəbul imtahan fənlərinin hər biri üzrə 25 və ya 20 sual təqdim olunarsa, o zaman yuxarıda qeyd etdiyim düsturu tətbiq edə bilərik.
Azərbaycan dili 25*4 və ya (20*5)=100/100
Əgər ixtiyari bir abituriyentin ən azı 2 səhv etdiyini nəzərə alsaq, o zaman bu şəkildə hesablama aparılacaq. 23*4=92 və ya 18*5=90, 92-2=90 və ya 90-2=88 bal.
Məsələn 2-ci qrupda coğrafiya fənni 200 balla qiymətləndirilərsə, o zaman hesablama qaydası belə ola bilər:
25*4=100 və ya 20*5=100 bal, 100*2=200 bal.
Əgər ixtiyari bir abituriyentin ən azı 2 səhv etdiyini nəzərə alsaq, o zaman bu şəkildə hesablama aparılacaq. 23*4=92 və ya 18*5=90. 92-2=90 və ya 90-2=88 bal.
90*2=180 və ya 88*2=176 bal
Qeyd edim ki, yeni qəbul qaydalarında da səhv sual düzgün suala təsir edəcəkdir.
Beləliklə, buraxılış imtahanları 300 bal, qəbul imtahanları 400 bal.

I qrupda əsas fənlər: Riyaziyyat/hər iki imtahan üzrə 200 bal
Fizika qəbul imtahanına görə 200 bal.

II qrupda əsas fənlər: Riyaziyyat/hər iki imtahan üzrə 200 bal
Coğrafiya qəbul imtahanına görə 200 bal.

III qrupda əsas fənlər: Azərbaycan dili (tədris dili)/hər iki imtahan üzrə 200 bal
Tarix (Azərbaycan və dünya) qəbul imtahanına görə 200 bal.

IV qrupda əsas fənn: Biologiya qəbul imtahanına görə 200 bal.
V qrupda isə buraxılış imtahanında olduğu kimi:

Azərbaycan dili (rus dili)-100 bal, Riyaziyyat-100 bal, Xarici dil-100 bal olacaqdır. Həmçinin onu da qeyd edim ki, 2019-cu ildən etibarən V qruplarda maximum bal 90 deyil, 300 bal olacaqdır.