![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_nazirik_459.jpg)
Azərbaycan Texniki Universitetində (AzTU) “Elektromobilin inkişafı, nəqliyyat sektorunda enerjidən istifadə və CO2 emissiyası (Türkiyə təcrübəsi və Azərbaycanda istifadə)” mövzusunda vorkşop keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə Energetika, İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin, Azenerji ASC-nin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri (ABOEM) üzrə Dövlət Agentliyinin, ali məktəblərin nümayəndələri və türkiyəli mütəxəssislər iştirak ediblər.
Vorkşopda AzTU-nun rektoru, professor Vilayət Vəliyev, ABOEM üzrə Dövlət Agentliyi sədrinin müavini, professor Nurəli Yusifbəyli, türkiyəli professorlar Gürkan Kumbaroğlu və Kərəm Odabaşı məruzələrlə çıxış ediblər.
Vorkşopda elektromobil sektorunun inkişafı, nəqliyyatda elektrik enerjisindən istifadə üzrə Türkiyə təcrübəsi əsasında elmi-tədqiqatların aparılması və kadr hazırlığı, eləcə də özəl sektorun elektromobillərin istehsalı və inkişafındakı təcrübəsi, Azərbaycanda tətbiqinin əsas istiqamətləri müzakirə olunub.
Həmçinin dünya Elektromobil Birliyinin (WEVA) Avropa qoluna (AVERE) üzv olan AVERE Türkiyə ilə birgə işbirliyi barədə məlumat verilib.
Məruzəçilər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)