https://www.zirve.edu.az/
18.01.2020 10:29
Ən qədim orqan tapıldı

ABŞ-da Missuri Universitetinin alimləri Nevada ştatının  səhrasında 550 milyon yaşı olan daşlaşmış həzm yolu tapıblar. 

AzEdu.az xəbər verir ki, bu barədə “Phys.org” nəşrində yerləşdirilmiş press-relizdə deyilir.

Tədqiqatçılar daşlaşmış boruları rentgen vasitəsilə tədqiq ediblər və məlum olub ki,  təxminən yarım milyard il əvvəl heyvanlarda artıq kifayət qədər mürəkkəb anatomik strukturlar inkişaf edib.

Mütəxəssislər tərəfindən aşkar edilmiş orqan fraqmentləri bu qəbildən olan qalıqların ən qədimləridir. Onlar klaudinlərə - ediakar dövrünün zahirən boruya bənzəyən nəsli kəsilmiş canlılarına məxsus idi. Bu orqanizmlərin izləri alimlər tərəfindən Kembri partlayışından əvvəlki 10-15 milyon ili  müəyyənləşdirmək üçün istifadə olunur.

Ediakar dövründə mövcud olan canlı orqanizmləri ediakar biotası adlandırırlar. Onların bir çoxu vendobiontlara — hazırda nəsli kəsilmiş olan növlərə aid idi. Onları xordalılar və buğumayaqlıların sıxışdırdığı hesab olunur.(oxu.az)