https://www.zirve.edu.az/
15.01.2020 12:26
Bakı məktəblərində bu qədər təmayül sinifi təşkil olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2019-cu təqvim ilində təmayülləşmənin miqyası genişlənib. 

İdarədən  AzEdu.az- a verilən məlumata görə, 187 ümumi təhsil müəssisəsində 702 təmayül sinif təşkil olunub.

Təmayül siniflərə 15 643 şagird cəlb olunub.

Təmayül siniflər 8 istiqamət üzrə müəyyənləşdirilib. Onlardan 109-u texniki təmayüllü, 55-i riyaziyyat-iqtisadiyyat təmayüllü128-i humanitar təmayüllü9-u təbiət təmayüllü85-i texniki və riyaziyyat-iqtisadiyyat təmayüllü142-si texniki və təbiət təmayüllü169-u humanitar və riyaziyyat-iqtisadiyyat təmayüllü5-i isə peşə təmayüllü siniflərdir.

Qeyd edək ki, ümumi təhsildə keyfiyyətə birbaşa təsir edən amillərdən biri də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təsbit olunmuş tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə təşkili məsələsidir. Şagirdlərin seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək bilik və bacarıqlara yiyələnməsini təmin etmək məqsədilə son illər bu sahədə ciddi addımlar atılır, təhsilin təmayüllər üzrə təşkil olunduğu məktəblərin şəbəkəsi ardıcıl şəkildə genişləndirilir.