Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-11 15:36:00
Aşqarlar Kimyası İnstitutunda səmərəli elmi fəaliyyəti ilə fərqlənən alimlər mükafatlandırılıb

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda səmərəli elmi fəaliyyəti ilə fərqlənən alimlər mükafatlandırılıb.

Bu barədə AzEdu.az-a institutdan məlumat verilib.

Tədbirdə institutun direktoru, akademik Vaqif Fərzəliyev elmi müəssisədə çalışan elmi işçilərin son 3 il ərzində fəaliyyətlərinin araşdırıldığını qeyd edib. Akademik diqqətə çatdırıb ki, məqsəd alimlərin əməyinin stimullaşdırılması, onların elmə həvəsləndirilməsi üçün sağlam rəqabət mühitinin yaradılmasıdır.

Bildirilib ki, qiymətləndirməyə 82 elmi işçi cəlb olunub. Qiymətləndirmənin nəticələrinə görə, Motor yağlarına çoxfunksiyalı aşqarlar laboratoriyasının baş elmi işçisi, texnika elmlər doktoru, dosent Elmira Nağıyeva I yerə, Motor yağlarına yuyucu-dispersləşdirici aşqarlar laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Bella Musayeva II yerə, Polimer aşqarlar laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Ceyhun Həmidova III yerə layiq görülüblər. Onlara “Məhsuldar tədqiqatçı alim” diplomu və pul mükafatları təqdim edilib.

Vaqif Fərzəliyev bildirib ki, qiymətləndirmə bundan sonra hər il aparılacaq.