![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_modern.az_qa_184_72.jpg)
Builki buraxılış və qəbul imtahanlarının yenu modeli ətrafında gedən müzakirələrdə diqqət çəkən məqamlardan biri də 700 bal toplayanların sayı ilə bağlı idi.
Bəs bu il 700 bal toplayan abituriyent olacaqmı?
AzEdu.az xəbər verir ki, bəzi təhsil ekspertlərinin fikrincə, balların aşağı düşməsini faciəyə çevirməyə və ya fəlakət kimi qiymətləndirməyə, 700 bal ətrafında hay-küy salmağa heç bir lüzum yoxdur.
İctimai Şuranın sədr müavini Nadir İsrafilov 700 balın toplanmasının bəzi amillərdən asılılığına aydınlıq gətirib:
“Bu əsasən yeni modelə keçidlə, açıq tipli tapşırıqlara kifayət qədər adaptasıyanın olmaması ilə əlaqədar məsəldir. Əlbəttə tapşırıqların çətinlik dərəcəsinin bölgüsü, səhv sualların yer alması halları da olub və DİM bəzi məqamları etiraf edib, bəzi məqamlara aydınlıq gətirib, bəzi məqamlar isə apellyasiya şikayətləri zamanı nəzərə alınıb. O ki qaldı bilik səviyyəsinin aşağı düşməsinə, bir ildə bilik səviyyəsi belə kəskin şəkildə nə aşağı düşə, nə də yüksələ bilər. Bunun üçün illər, hətta onilliklər tələb olunur”.
Lakin bəzi təhsil ekspertləri fərqli düşünür. Təhsil eksperti Elşən Qafarov 700 bal problemini təhsilin səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirir.
“Balların bu il aşağı düşməsi təhsil səviyyəsinin ildən-ilə, hətta aydan-aya aşağı düşməsi, eyni zamanda, buraxılış və qəbul imtahanları ilə bağlı modelin yeni olması və bu üzdən adaptasiyanın ləng getməsi ilə bağlıdır”.
Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğu nəticəsində belə aydın olur ki, 85 %-dən çox respondent bu il 700 bal toplayan olacağına inanmır.
Sorğunun nəticələrinə gəlincə, “buraxılış və qəbul imtahanlarının ilkin nəticələri belə deməyə əsas verir ki, bu il 700 bal toplayan olmayacaq” fikri ilə abituriyentlərin 63%-i tam razı, 16.5%-i razı, 10%-i qismən razı olduğunu, 8%-i razı olmadığını, 2.5%-i isə heç razı olmadığını bildirib.
Qeyd edək ki, valideyn və müəllim respondentlərin 41.8%-i 700 bal olmayacağını bildirib. 20,9% respondet bu fikirlə razı, 20,9% qismən razıdır. 9.2%-razı deyil, 2.1%-i heç razı deyil, 5.1%-i isə cavab verməkdə çətinlik çəkib.
Ayşə MÜSEYİB
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)