https://www.zirve.edu.az/
30.12.2019 10:16
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası doktoranturalar yaradılan ali təhsil müəssisələrinin siyahısına salınıb
Çap et

Nazirlər Kabineti 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarla təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.

AzEdu.az  xəbər verir ki, bununla bağlı qərarı baş nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”na edilmiş dəyişikliyə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə” bölməsi ləğv edilib.

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə” bölməsindən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (fəlsəfə doktoru üzrə) (elmlər doktoru üzrə) bölmə əlavə olunub.