https://www.zirve.edu.az/
14.12.2019 10:47
Abituriyentlərin cavablandırmaqda çətinlik çəkdiyi suallar izah ediləcək-RƏSMİ
Çap et

Azərbaycan dili fənni üzrə seminarda 7 aprel 2019-cu tarixində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.

AzEdu.az xəbər verir ki, kimya və fizika fənləri üzrə elmi-metodiki seminarlarda 23 iyun 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi – I və IV ixtisas qrupları üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.

Rus dili və coğrafiya fənləri üzrə seminarlarda builki imtahanlarda abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahına dair metodik tövsiyənin müzakirəsi olub.

Riyaziyyat fənni üzrə seminarda 12 may 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi – I ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.

Hər bir tapşırığın imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi, fənn kurikulumunun təlim nəticələrinə uyğunluğu baxımından təhlili aparılıb. Təhlil göstərdi ki, tapşırıqlar abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib. Həmçinin tapşırıqlar məzmun standartlarının tələblərinə uyğun olub.

Müzakirələr zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq. Həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

İngilis dili fənni üzrə seminarda 7-ci sinif “İngilis dili”, Biologiya fənni üzrə seminarda 6-cı və 7-ci sinif “Biologiya”, Tarix fənni üzrə seminarda isə 7-ci və 10-cu sinif “Azərbaycan tarixi” dərsliklərindəki ziddiyyətli məqamlar və uyğunsuzluqlar müzakirə edilib.

Seminarlarda Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər. 

Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.

Ayşə MÜSEYİB