Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-06 17:35:00
Təhsil naziri İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Dekabrın 6-da Təhsil naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Sami Abdullah Ğoşeh ilə görüşüb.

AzEdu.az xəbər verir ki, görüşdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.