Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-04 15:32:00
AMEA-nın dörd institutunun birgə layihəsi Rusiyada diploma layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünalıq və Aqrokimya İnstitutun aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Azadə Zamanova, texnika üzrə fəlsəfə doktoru Əlibala Əlizadənin iştirakçısı olduqları “Azərbaycanın palçıq vulkanları yerləşən rayonlarında yüksək tutumlu ekoloji infrastrukturunun formalaşması” layihəsi Rusiya Təbiət Elmlər Akademiyası tərəfindən 3-cü dərəcəli laureat diplomuna layiq görülüb.

İnstitutdan AzEdu.az-a bildirilib ki, layihənin əsas məqsədi Bakının Qaradağ rayonunun Qobustan massivindəki palçıq vulkanlarının fəaliyyətinin nəticələrini tədqiq etmək, eyni zamanda, həmin ərazidə turizm üzrə infrastrukturun yaradılmasına dair torpaq və ekoloji tədqiqatların aparılmasıdır. Tədqiqatların əsas istiqamətləri palçıq vulkanları yayılmış torpaqların ekoloji vəziyyətinə təsirinin öyrənilməsi, davamlı yaşıl bitki örtüyününü yaradılması və ekoloji tarazlığa nail olmaqdan ibarətdir.

Layihədə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya, Mikrobiologiya, Dendrologiya, Geologiya və Geofizika institutları iştirak edir.