Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibəti ilə tədbirlərə start verilib.
AzEdu.az-ın xəbərinə görə, bu barədə BDU-nun rektoru Elçin Babayev bildirib. O, tədbirlər çərçivəsində əvvəlcə BDU məzunlarının forumunun keçiriləcəyini deyib: “Forumda hazırda ölkədə və xaricdə olan məzunlarımızın iştirakı nəzərdə tutulub”.
100 ildə BDU-dən 180 min nəfərə yaxın məzunun olduğunu deyən rektor Heydər Əliyevin BDU-nun məzunu olduğunu diqqətə çatdırıb.
Rektor noyabrın 26-da yubileylə əlaqədar rəsmi tədbirin keçiriləcəyini xatırladıb. (Apa)