Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-22 15:50:00
Şahmat üzrə respublika birinciliyinin final mərhələsinə start verilib

Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyinin final mərhələsinə start verilib.

AzEdu.az xəbər verir ki, final mərhələsi 6 yaş qrupu, 12 kateqoriya (6, 8, 10, 12, 14, 16 yaşadək oğlan və qızlar) üzrə keçirilir. Yarışlarda 5 zona üzrə hər yaş qrupunda I, II yeri tutmuş şahmatçılar, final mərhələsinə birbaşa vəsiqə qazanmış Dünya, Avropa, Respublika çempionatının medalçıları olmaqla 176 şahmatçı mübarizə aparır. Yarışların nəticələri www.tehsilchess.az internet saytında yerləşdirilir.

Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin medal və diplomları ilə təltif ediləcək.

Ümumilikdə bütün mərhələlər üzrə uşaq-gənclər idman-şahmat məktəblərinin 58 şahmat bölməsindən 4500-ə yaxın şahmatçı iştirak edir.

Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin perspektivli şahmatçılarını aşkar etmək, mərkəzin yığma komandasını formalaşdırmaq, idmançıların oyun təcrübəsini artırmaqdan ibarətdir.