Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-24 14:53:36
Orta ixtisas və ali təhsil üçün bu qədər vəsait ayrılır – Gələn ilin büdcəsi  

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin  zərfində ümumilikdə təhsil üçün 3 milyarddan çox  (3 155 797 681 manat) vəsait nəzərdə tutulub.

AzEdu.az xəbər verir ki, büdcəyə əsasən, orta ixtisas təhsili  üçün 74 milyondan çox (74 341 607 manat), ali təhsil  üçün isə 50 milyona yaxın( 49 198 286 manat) vəsait ayrılıb.

Qeyd edək ki, ötən tədris ilində orta ixtisas təhsili müəssisələri üçün 44 milyondan çox (44.847.216 manat), ali təhsil üçün isə 46 milyondan çox (46.128.523 manat) vəsait nəzərdə tutulmuşdu.

2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri isə Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları