Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-14 12:10:00
Buraxılış imtahanlarından “2” alanlar bu “uğuru” niyə  yenidən təkrarlayırlar? - 93.9% göstərici

2016-cı ildə tədris dili fənnindən 9-cu sinif üzrə buraxılış imtahanında “2” alan şagirdlərin 93.9%-i  2018-ci ildə 11-ci sinif üzrə buraxılış imtahanında da “2” və “3” qiymət alıb.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent”jurnalının 12-ci sayında bildirilib.

9-cu sinif üzrə buraxılış imtahanında “5” qiymət alan şagirdlərin 79.0%-i 11-ci sinif üzrə buraxılış imtahanında da “5” qiymət alıb.

2016-cı ildə 9-cu sinif üzrə buraxılış imtahanında həmin şagirdlərin tədris dili fənni üzrə:

15%-i "2";

45%-i "3";

24%-i "4";

16%-i "5" qiymət alıb.

Həmin şagirdlərin riyaziyyat fənni üzrə:

19%-i "2";

37%-i "3";

21%-i "4";

23%-i "5" qiymət alıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları