Azedu.az

Azərbaycan Texniki Universitetində “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olub

Ali təhsil

12 Oktyabr 2019, 12:50
Azərbaycan Texniki Universitetində “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olub

Azərbaycan Texniki Universitetində (AzTU) I kurs tələbələri üçün Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib.

AzTU-dan bildirilib ki, tədbirdə proqramın əhəmiyyətindən danışılıb və gənclərə bu layihədə fəal iştirak etmək tövsiyə edilib.

Qeyd olunub ki, proqram Azərbaycan tələbələrinin könüllülük fəlsəfəsi, prinsipləri, dəyərləri çərçivəsində dostluq şəbəkəsidir. Proqramın bir-birindən maraqlı tədbirləri gənclərə bilik və bacarıqlar əldə etməyə, digər insanlara yardım əlini uzatmağa imkan yaradır.

İki gün davam edən tədbirdə gənclərin iştirakı ilə müxtəlif intellektual oyunlar keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.

Sonda tələbələrin sualları cavablandırılıb.

Yeni model repetitorluğu necə məhv edəcək?
Son xəbərlərDaha çox