Azedu.az

Ramil Cabbarov: “Eduexpo” təhsil sahəsinin ən son yenilikləri ilə tanış olmaq imkanı yaradır

Ali təhsil

12 Oktyabr 2019, 16:40
Ramil Cabbarov: “Eduexpo” təhsil sahəsinin ən son yenilikləri ilə tanış olmaq imkanı yaradır

“Eduexpo” təhsil sahəsinin ən son yenilikləri ilə tanış olmaq, tərəfdaşlıq qurmaq, əməkdaşlığın üfüqlərini genişləndirmək və çoxsaylı hədəf auditoriya – abituriyentlər, onların valideynləri, eləcə də sektorun mütəxəssisləri ilə görüşlər keçirmək üçün imkan yaradır.

AzEdu.az xəbər verir ki, bu fikirləri müsahibəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin direktoru Ramil Cabbarov deyib. O bildirib ki, universitetin stendində ziyarətçilərin UNEC-dəki bakalavr və magistr təhsili üzrə ixtisaslar, ABŞ-ın və Avropanın aparıcı universitetləri ilə ikili diplom, mübadilə, eləcə də xüsusi təqaüd proqramları barədə məlumat verilir.

“Sərgidə UNEC-də dizayn ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət rəsmlər, həmçinin tələbə dizaynerlərin çəkdikləri libasları canlı olaraq nümayiş etdirmələri ziyarətçilərin xüsusi marağına səbəb olur”, - deyə Ramil Cabbarov bildirib. (Azərtac)

Yeni model repetitorluğu necə məhv edəcək?
Son xəbərlərDaha çox