Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-20 09:51:00
Peşə təhsili müəssisələrinə işəqəbul bu gün başa çatır

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsinə 13 sentyabrdan başlanan sənəd qəbulu bu gün başa çatır.

Ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə son iki il ərzində Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplayan, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər müraciət edə bilərlər.

Namizədlər tələb olunan sənədləri (müraciət forması, şəxsiyyət vəsiqəsi və təhsil sənədi) qeyd edilən müddətədək [email protected] elektron ünvanına göndərməlidirlər.

Qeyd edək ki, ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu ali və ya orta ixtisas təhsili müəssisələrini müvafiq ixtisaslar üzrə bitirən təcrübəli mütəxəssislər arasında müsahibə yolu ilə aparılacaq.