
2018-05-04 13:45:58
"Təhsil sahəsi geniş islahatlar yolundadır" - Baş nazirin müavini
Azərbaycanda təhsil sahəsi geniş islahatlar yolundadır. Bu islahatlar Azərbaycan təhsilini yeni inkişaf mərhələsinə çatdıracaq.
AzEdu.az xəbər verir ki, bunu Baş nazirin müavini, YAP sədrinin müavini - icraçı katib Əli Əhmədov Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.
O qeyd edib ki, son illərdə Azərbaycanda Heydər Əliyevin siyasətinin və onun layiqli davamçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları sayəsində təhsil sahəsində çox böyük irəliləyişlər əldə edilib: "Təhsil sahəsində böyük islahatlar həyata keçirilir. Bu da öz bəhrəsini verməkdədir. İlham Əliyevin təhsilə xüsusi önəm verməsi heç də təsadüfi deyil".
Ə.Əhmədov bildirib ki, təhsil Azərbaycanın inkişafının ən fundamental əsaslarından biri kimi dəyərləndirilir.
O hesab edir ki, bu gün dövlət siyasətində təhsilə önəm verilməsi gələcəkdə Azərbaycanın inkişafı üçün daha etibarlı əsasların qurulması baxımından çox ciddi, geniş meydan açacaq: "Bu gün elə bir ölkə tapmaq mümkün deyil ki, onun inkişafında təhsil qədər xüsusi rol oynayan başqa bir amil olsun. Hər bir ölkə öz inkişafına görə təhsilə borcludur. Bizim ən çox diqqət yetirməli olduğumuz məsələ də təhsilin Azərbaycanın ciddi fundamental əsasına çevrilməsidir".
Ə.Əhmədov qeyd edib ki, bu gün Azərbaycan təhsilinin qarşısında duran vəzifələr genişdir: "Bu gün Azərbaycanın çox böyük təhsil ordusu - müəllimlər və şagirdlər təhsilin qarşısında duran vəzifələri dərk edə bilirlər. Təhsil Azərbaycanın ən qüdrətli, vacib inkişaf yollarından biri olacaq".
Bu bölməyə aid digər xəbərlər
Müəllimlər təqaüdə 70 yaşda göndərilsin - TƏKLİF
2023-03-17 12:57:18
Müəllimlərin maaşı yenə artımla VERİLMƏDİ
2023-03-17 09:50:33
Müəllimlərin maaşı artırıldı - QƏRAR
2023-03-09 11:47:00
Təhsil işçilərinin aylıq vəzifə maaşları artdı - CƏDVƏL
2023-03-09 11:40:00
Təhsil İnstitutu müəllimlər üçün görüş keçirib
2023-03-09 10:43:04
Qadın müəllimlər arasında voleybol yarışı keçirilib
2023-03-07 16:39:00
Qadın müəllimlər şalvar geyinə bilər? - Rəsmi və qeyri-rəsmi REAKSİYA
2023-03-03 16:01:00
MİQ imtahanına hazırlaşanlar üçün vebinarlar təşkil edilir
2023-03-01 11:47:10
Məktəbi kim idarə etməlidir: kişi, yoxsa qadın direktor...
2023-02-27 12:20:00
Paytaxt məktəbində "Atalar və məktəb birliyi"
2023-02-26 10:31:33
kitabı
ÇOX OXUNANLAR
13 Mart 2023, 10:24
DİM 11-cilər üçün təkrar buraxılış imtahanı KEÇİRƏCƏK

14 Mart 2023, 14:40
Bu universitetdə III kurs tələbəsi dekan müavini TƏYİN OLUNDU

12 Mart 2023, 10:15
Nazirlikdən maaşları artan müəllimlərə çağırış: bunu nəzərə alın!

15 Mart 2023, 12:38
Sertifikasiya ilə bağlı nə dəyişib? - Müəllimləri narahat edən suallara CAVAB - RƏSMİ

13 Mart 2023, 12:00
Dünənki imtahanın sualları çətin olub - Təhsil EKSPERTLƏRİ

17 Mart 2023, 14:18
Sertifikasiyaya hazırlaşanların nəzərinə - İmtahanda bu əsərlər düşəcək - SİYAHI

17 Mart 2023, 17:12
İmtahana qumbaranı kim gətirib? - Təhsil ekspertindən AÇIQLAMA

16 Mart 2023, 11:09
DİM bu abituriyentlərə “yox!” dedi: “Təkrar imtahana buraxılmayacaqlar”

FACEBOOK