Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-03 15:35:00
Abituriyentlər üçün ÖDƏNİŞSİZ psixoloji treninqə qeydiyyat davam edir

Sən də sınaqlarda həyəcanlandığın üçün istədiyin nəticəni göstərə bilmirsən? Həyəcanın qəbul imtahanlarında maneə yaradacağını düşünürsənsə, Azərbaycanın təhsil portalı AzEdu.az sizə bu mövzuda yardımçı olacaq.

AzEdu.az sizi 6 may 2018-ci il tarixində psixoloq Elnur Rüstəmovun təqdimatında Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçiriləcək "Abituriyentlərin psixoloji hazırlığı" treninqinə dəvət edir.

Proqramı əhatə edəcək mövzular:
1.Özünə inamın formalaşdırılması;
2.İmtahanda vaxtın fənlər arasında düzgün bölüşdürülməsi;
3.Həyəcan səbəbiylə kodlaşdırmada yaranan çətinliklərin aradan qaldırılması;
4.Uğura köklənmənin xüsusi metodikası

Treninqdə 9-10-11-ci sinif şagirdləri və ali məktəblərə hazırlaşan əvvəlki illərin məzunları iştirak edə bilərlər. İştirak üçün qeydiyyat formunu (https://bit.ly/2JEoIBl) doldurmaq lazımdır. Təlim tamamilə ÖDƏNİŞSİZDİR və UNEC-in əsas tədris binasında (“İçərişəhər”metrostansiyasının yaxınlığı) saat 14:00-dan 16:00-a qədər davam edəcək.  Treninqə son qeydiyyat tarixi 6 may saat 11:00-a qədərdir.

Qeydiyyat zamanı yaranacaq hər hansı problemlə bağlı 055-329-48-78 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

İndi isə təlimin məruzəçisi Elnur Rüstəmovla yaxından tanış olaq:

Elnur Rüstəmov 2003-cü ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bakalavr və magistr pilləsini bitirdikdən sonra AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda aspiranturaya daxil olub. Hazırda orada kiçik elmi işçi kimi çalışır.

Bir çox beynəlxalq konfranslarda iştirakçı və məruzəçi olub. XIX National of Psychological Counselling and Guidance - İstanbul 2013 World Congress of Psychological Counseling and Guidance “Mental Health Counseling”, “Supervision Experience For Prctitioners”, “Child Centered Play Therapy and Applications”, School Consueling” təlimlərini başa vurub.

2015-ci ildə isə Sankt-Peterburqda keçirilən “Qlobal çağırışlar epoxasında psixologiya və psixoterapiya” beynəlxalq konfransında iştirak edib. Rusiyada və Azərbaycanda Professional Psixoterapevtik Liqanın üzvü və Azərbaycan üzrə nümayəndəliyin rəhbəridir.

2015-ci ildə İtaliyada keçirilən "The 14th European Congress of Psychology" konfransında iştirak edib.
Elnur Rüstəmov ailə psixoloqu olmaqla yanaşı abituriyentlərə motivasiyaedici mövzuların təlimçisidir. 2010-cu ildən Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəridir.

2016 -cı ildən etibarən isə E.N.M Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri kimi çalışır.

Elnur Rüstəmov eyni zamanda “X-Lady” bədii kitabın və “Karl Yaspers fəlsəfəsində ünsiyyət problem” elmi monoqrafiyanın müəllifidir.

QEYDİYYAT ÜÇÜN LİNK:  https://bit.ly/2JEoIBl