Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-30 17:29:00
“Hazırcavablar” teleoyununun növbəti qalibi müəyyənləşib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar arasında növbəti intellektual teleoyun təşkil edilib.

AzEDU.az xəbər verir ki, 226, 234, 257 və 273 nömrəli tam orta məktəblərin komandaları “Hazırcavablar” intellektual teleoyununda yarışıb. Məktəblilər “Dil və ədəbiyyat”, “Biologiya”, “Qədim Misir”, “Quşlar” və “Hansı?” bölmələri üzrə sualları cavablandırıblar.

İntellektual teleoyunun nəticələrinə əsasən 257 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

“Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTV-nin birgə həftəlik telelayihəsidir. İntellektual teleoyunda BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.

Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etməkdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənlərə marağını artırmaq, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmalarını təmin etmək də layihənin əsas hədəfidir.