Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-30 17:17:07
Sertifikatlarının verilməsinə başlanıldı

2018-ci il 27 yanvar və 18 fevral tarixlərində keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az.-a verilən məlumata görə, inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 27 yanvar 2018-ci il tarixdə keçirilən test imtahanından və inzibati vəzifələrin B (inzibati icraçı vəzifələr) növünə aid olan vəzifə qrupları üzrə 18 fevral 2018-ci il tarixdə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən müraciət edə bilərlər. 

Müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.