Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-29 13:50:55
Yaratdığı tədris mərkəzinə şəhidlərdən birinin adını verəcək – Gənc müəllimdən örnək addım

“Düşündüm ki, Azərbaycan oğlunun, qızının gələcəyə bir borcu var. O, mütləq, gözəl təhsil almalı və ona bu əmin vətəni verənlərə öz uğurları ilə dualar göndərməlidir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı “DƏRSİM” Tədris Mərkəzinin təsisçisi Ravil Rzayev deyib:

 “Mən 17 yaşımdan bəri müəllim işləyirəm. Artıq 10 ildir ki, müəlliməm. Bu illər ərzində tələbələrimdə iki xüsusiyyətin olmasını istəmişəm : milli təəssübkeşlik və şəxsi təəssübkeşlik. Bu sözləri kiməsə xoş görünsün deyə demirəm. Həmişə insanımı sevmişəm və istəmişəm ki, Azərbaycan oğlu bütöv vətəndə yaşasın. Çünki, vətəni sevməyən şəxs heç vaxt tam ola bilməz. Vətən eşqinin dünyada, sanki bir sərvət olmasını daim tələbələrə aşılamağa çalışmışam.

Düzdür, ölkəmizdə bəyənmədiyim çox nöqsanlar var, amma bu, "vətən müqəddəsdir" həqiqətinə kölgə sala bilməz”.

Ravil Rzayev tədris mərkəzinə şəhid adının verilməsi ideyasından danışıb. O, qeyd edib ki, bu mesaj bütün şagirdlərimizə daha israrla çalışma hissi ve milli ideologiya köklü uğur ruhu gətirəcək:

Həyatda bir qanun var: Sən seçdiyin səndən asılı və sənin ixtiyarında olur, amma səninlə doğulan, sənə səndən əvvəl məxsus olan sənin fitrətindəki eşqdən pay alır. Biz anamızı, övladımızı məhz bu səbəbdən sevirik. Vətən ən ali sevgiyə malikdir. Tədris Mərkəzini təsis edəndə bu amallarımı ortaya qoydum.

“DƏRSİM” Tədris Mərkəzinə gənc şəhidlərimizdən birinin adını verib əbədiləşdirmək istəyirik. Hər dəfə mərkəzə girəndə bütün şagirdlərimiz o şəhidin portretini görəcəklər.

Portretin aşağı hissəsində yazılacaq : Dost, sənin mənə borcun var. Mən gələcəyimizi qorudum ve burdayam, sənsə onu öz çiyinlərində daşıyırsan və ordasan...

Hansı şəhidin adının verilməsini isə hələki düşürəm. Yəqin ki, daha çox gənclərə üstünlük verəcəm. Hazırda, məsləhətlər alıram”.

Qeyd edək ki, İPG Tədris Mərkəzinin direktoru Ravil Rzayev feysbuk hesabında izləyicilərinə müraciət edərək, yeni təhsil layihəsi olan “DƏRSİM” Tədris Mərkəzinə Azərbaycanda ilk dəfə, şəhid oğullarımızdan birinin adını verib əbədiləşdirmək istədiyi qeyd edib.