Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-27 17:51:07
Cümhuriyyətin yaranma tarixini, Nizami “Xəmsə”sini bilməyən müəllimlər – İşəqəbul imtahanlarından  VİDEOREPORTAJ

26 apreldə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlər üçün müsahibə mərhələsi başlanıb.

AzEdu.az xəbər verir ki, 763 müəllimin iştirak edəcəyi  mərhələ 27 apreldə başa çatıb. Müsahibələrdə əvvəlki illərdə zəruri keçid balını toplayan, tutulmayan və ya yeni yaranan vakant yerlərdə müddətli əmək müqaviləsi ilə işə qəbul edilən müəllimlər iştirak edə bilər. Müsahibələr Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunda təşkil edilir və bütün  fənn müəllimlərinə şamil olunur. Uğurlu namizədlər daimi işlə təmin ediləcəklər.

Komissiya  məktəb direktoru, Təhsil Nazirliyi işçisi və ixtisas müəllimindən ibarətdir. Müsahibələrdə ibtidai sinif müəllimləri çoxluq təşkil edir. Komissiya üzvləri deyir ki, müəllimlər əsasən dünyagörüşü ilə bağlı suallarda çətinlik çəkirlər.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixini bilməyən, Nizaminin poemalarını sayıb, hamısının ümumilikdə “Xəmsə” adlandırılmasından bixəbər olan, beşi beşə vuranda cavabın niyə 25-ə bərabər olduğunu deməkdə çətinlik çəkən müəllimlərin olduğunu müşahidə etdik.

Bu müəllimlərinin arasında futbolla basketbolun fərqindən xəbərsiz idman müəllimləri, prezidentliyə namizədlərin  üç-dörd nəfər olduğunu deyən ibtidai sinif müəllimləri də az deyildi.

AzEdu.az müsahibə mərhələsindən videoreportajı təqdim edir:

Nəzrin Cavid
Nəzrin Rüstəmova