Azedu.az

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başa çatır -  Bu gün   

Qabiliyyət imtahanları

3 İyul 2019, 11:34
Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başa çatır -  Bu gün   

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçmiş abituriyentlərə müraciət edib.

Mərkəzdən AzEdu.az-a bildirilib ki, 60, 61, 62 və 14-cü komissiyalar üzrə qeydiyyat iyunun 28-də bitdiyinə görə hazırda abituriyentlər yalnız qeyd olunan dörd komissiya üzrə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilirlər.

Ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin digər komissiyaları üzrə qeydiyyat günün sonunadək davam edəcək. 

Qeydiyyat başa çatdıqdan sonra abituriyentlər iyulun 6-da günün ikinci yarısından etibarən “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni komissiyalar üzrə qeydiyyatdan keçdikləri səhifəyə daxil olaraq çap edə bilərlər.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox