https://www.zirve.edu.az/
22.06.2019 14:53
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 724 nəfər ərizə verib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 5-7-ci təsnifatı üzrə B növünə aid olan ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.

DİM-dən  bildirilib ki, iyunun 22-si saat 14:20-yə olan məlumata görə, müsahibədə iştirak üçün 724 namizəd ərizə verib. Müsahibədə iştirak üçün namizədlər iyulun 12-si saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (40 vəzifə) və Əmlak Məsələləri Dövlət Komitəsi (38 vəzifə) tərəfindən təqdim olunub. (Azərtac)