Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-25 16:21:46
Türkiyədə qalib olan azərbaycanlı bacılar: “Fuad Muradovun təyinatını alqışlayırıq”

2017-ci ildə Türkiyənin Bahçeşehir Universitetindən məzun olan azərbaycanlı tələbələr-Günel və Xeyransa Musayeva bacıları Diaspor Komitəsinin yeni sədri seçilən Fuad Muradovla bağlı təəssüratlarını Modern.az-la bölüşüblər.

Günel Musayeva Fuad Muradovun diaspor sahəsinə təyinatına şad olduğunu bildirib.

“Açığı, Fuad bəyin Diaspor Komitəsinin sədri vəzifəsinə təyinat almasına çox şad oldum. İlk dəfə dövlət səviyyəsində uğurumuza sevinən və bizimlə görüşən şəxs də Fuad bəy olmuşdu. Buna görə  onu müəyyən mənada tanımaq şansı da qazanmışdıq. O, çox bacarıqlı, yüksək potensialı olan və diqqətcil birisidir. Ona görə də Diaspor Komitəsində belə bir önəmli şəxsin olması çox xoşdur və təqdirəlayiqdir. Xaricdə yaşayan hər bir kəs öz ölkəsinin təbliği ilə məşğuldur. Bu baxımdan da ölkədən kənarda diaspor işi ilə məşğul olan hər bir vətəndaşa diqqət ayrılmalı, onlarla daim təmasda olmaq gərəkdir. Düşünürəm ki, Fuad bəy gənc olaraq bu enerjiyə və potensiala sahibdir. Ona işlərində uğurlar arzulayıram. İşinin öhdəsindən müvəffəqiyyətlə gələcəyini düşünürəm”.

Xeyransa Musayeva da Fuad Muradovun diqqətcil olduğunu vurğulayıb.

“Fuad bəyin Diaspor Komitəsinin sədri seçilməsi bir gənc olaraq bizim üçün də təqdirəlayiq nümunədir. Bakıya gəldiyimiz zaman ilk olaraq onunla görüşmüşdük. İlkin təəssüratıma əsasən deyə bilərəm ki, o, çox diqqətcil və geniş dünyagörüşlü şəxsdir. Ona uğurlar arzulayıram”.

Günel və Xeyransa Musayeva bacıları 2017-ci ildə Türkiyənin Bahçeşehir Universitetindən məzun olublar. Bahçeşehir Universitetinin Beynəlxalq maliyyə və iqtisad fakültəsinin məzunu Günel Musayeva universitet birincisi olub və “Altun beyin” ödülü qazanıb. Günel Musayeva 106 ölkə təmsilçisi içərisində universitet birincisi olub.

Digər bacı, Bahçeşehir Universitetinin Beynəlxalq maliyyə və menecment fakültəsinin məzunu Xeyransa Musayeva isə yüksək nəticə göstərərək, universitet üçüncüsü olub.

Bahçeşehir Universiteti Türkiyədə ən çox xarici tələbəyə sahib olan, tam ingilis dilində təhsil verən bir ali təhsil ocağıdır. 106 ölkədən 3200 xarici tələbəyə sahibdir.