Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-25 15:19:54
263 milyon uşaq məktəbə getmir - UŞAQLARLA BAĞLI DƏHŞƏTLİ STATİSTİKA

Uşaqları qoruma təşkilatının açıqladığı hesabata görə hər dörd uşaqdan biri uşaqlığını yaşamır. Bu, 700 milyon azyaşlı deməkdir. Müharibə, şiddət, erkən nikah, uşaq əməyinin istismarı, təhsildən yayınma kimi hallar onların uşaqlığını əlindən alan əsas səbəblərdəndir.

AzEdu.az saytı xarici mediaya istinadən xəbər verir ki, 172 ölkədə aparılan araşdırma zamanı bu halların ən çox şərqi və qərbi Afrikada müşahidə olunduğu məlum olub. Siyahıda sonuncu yeri Nigeriya tutsa da, burada Angola, Mali, Orta Afrika Cümhuriyyəti və Somali də yer alıb. Uşaqların ən az təhdidlə üzləşdiyi ölkələr isə ardıcıl olaraq Norveç, Sloveniya, Finlandiya, Hollandiya və İsveçdir. Bu siyahıda Almaniya 10-cu, Türkiyə isə 59-cu sırada yer alıb. Hesabatda ən çox sıxışdırılan uşaqların qız uşaqları, qaçqın, yoxsul və fiziki məhdudiyyətli uşaqlar olduğu aşkarlanıb.

Hesabatın ortaya qoyduğu dəhşətli statistika isə belədir: Hər iki saniyədə bir azyaşlı qız, uşaq dünyaya gətirir. Bu, 15-19 yaşlı məktəblilərin ikinci və ən çox rastlanan ölüm səbəbi hesab olunur. Dünyada təxmini 16 000 uşaq beş yaşına çatmadan həyatını itirir. Ölüm səbəbləri isə əksər hallarda müalicə oluna biləcək və ya qarşısı alına biləcək səbəblərdir. Dünya çapında hər gün 200 uşaq cinayətə qurban gedir. Aşırı şiddət azyaşlılarda depressiya və qayğı çatışmazlığına yol açır. Bu, şagirdlərin təhsildən uzaqlaşmasına səbəb olur. Hər il orta hesabla 15 milyon qız uşağı 18 yaşına çatmadan evləndirilir. Onların 4 milyonu isə yaşı 15-dən az olanlardır. Erkən nikahın ən sıx müşahidə olunduğu bölgələr Saharada yerləşən Afrika ölkələri və cənubi Asiyadır. 28 milyon uşaq yaşadığı yeri tərk etmək məcburiyyətində qalır. Onların əksəriyyəti Suriya, Sudan, İraq kimi ölkələrdən qaçqın düşənlərdir. Onların 11 milyonu başqa ölkələrə sığınsa da, 17 milyonu öz ölkəsində sürgün həyatı yaşayır. 5 yaşından aşağı 156 milyon uşaq zəif bəsləndiyi üçün inkişafdan geri qalır. Bu say həmin yaşda olan uşaqların dörddə birinə bərabərdir. Dünyada 168 milyon uşaq işləmək məcburiyyətindədir. Bu, Avropada yaşayan uşaqların sayını ötür. Həmin uşaqların yarısı isə təhlükəli şərtlər altında çalışır. 263 milyon uşaq məktəbə getmir. Bu problem oğlanlara nisbətən qızlara daha çox təsir edir. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları