Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-19 13:15:00
Rəsədxana kosmik hava durumu və proqnozunu açıqlandı  

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan AzEdu.az-a bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb.

İyunun 19-dan 20-dək Günəş fəallığı çox aşağı səviyyədə olacaq. Günəş küləyi parametrləri üçün normal şərait davam edəcək. Geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Maqnit qasırğasının yaranma ehtimalı 5 faizdən aşağıdır.