https://www.zirve.edu.az/
18.06.2019 09:38
“Bunlara əməl edilsə, imtahanlardakı nöqsanlar da aradan qalxar”-EKSPERT  
Çap et

“Qabiliyyət imtahanlarının keçirilmə prosesi zamanı  bir neçə universitetlərdə tanışlıq, başqasının sözü ilə güzəştə getmək kimi neqativ hallar baş verir. Belə faktlar var və bir çox tələbələr bununla qarşılaşıb”.

Bunu AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Məlahət Mürşüdlü qabiliyyət tələb edən ixtisasların müsabiqəsi barəsində danışarkən deyib. Onun sözlərinə görə  bu zaman baş verən neqativləri aradan qaldırmaq üçün aşağıdakı tədbirləri həyata keçirmək lazımdır:

“Yaşanacaq neqativlərin qarşısını almaq üçün ilk növbədə qabiliyyət imtahanı götürən komissiyanın tərkibi doğru və dürüst şəkildə müəyyən edilməlidir. Burada vicdanlı, öz ixtisasını gözəl bilən, tapşırıqlara qulaq asmayan, neqativ hallara boyun əyməyən şəxslər  olmalıdır. Həmin  komissiyadan çox şey asılıdır.

İmtahan gedişatında isə neqativ hallar o qədər də özünü göstərmir. Bütün otaqlarda kameralar qurulur. Nəzarətçinin özünə də nəzarət edən insanlar olur. Əgər o düzgün proses həyata keçirə bilmirsə, imtahandan uzaqlaşdırılır.

Köçürmə kimi hallarının qarşısını almaq üçün İnformasiya Kommunikasiya Texnologiyaları İnstitutunun əməkdaşları  nəzarət həyata keçirilirlər. DİM-in bu prosesdə qurduğu mexanizm çox əhəmiyyətlidir.

Qabiliyyət imtahanlarında belə neqativ hallar olur. Bunun aradan qaldırılması üçün isə vicdanlı mütəxəssislər  olmalıdır.

Nəzarət gücləndirilməlidir. Apelyasiya  şikayətlərinə doğru . dəqiq şəkildə baxılmalıdır. Bu tədbirlər həyata keçirilsə, qabiliyyət imtahanlarında olan həmin nöqsanlar da, aradan qaldırılar”.

Şükufə Süleymanlı