Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-10 12:18:00
Maqnit qasırğası olacaq
İyunun 10-12-də günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
 
AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzEdu.az-a verilən məlumata görə, proqnoz dövründə (10 -12 iyun) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır, lakin fasilələrlə kiçik həyəcanlaşmaların meydana gələcəyi də istisna edilmir. 

Maqnit qasırğasının yaranması ehtimalı 10 və 11 iyunda 5%-dən, 12 iyunda isə 25%-dən aşağı qiymətləndirilir.