Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-03 08:14:00
AzEdu.az-da abituriyentlərə əla şans - SUALINIZ VAR? online xidməti – Yeni layihə

AzEdu.az saytı abituriyentlərin psixoloji durumu, imtahanlara psixoloji hazırlığına yardım məqsədilə  yeni layihə icra edir. Layihə çərçivəsində psixoloqa sualı olan, məsləhət almaq istəyən abituriyentlər, onların valideynləri bizim SUALINIZ VAR? online xidmət bölməsinə onları narahat edən suallarını göndərə bilərlər.

AzEdu.az komandası həmin sualların peşəkar psixoloq tərəfindən cavablandırılmasına yardım göstərəcək.

 Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə ilə reallaşdırılır.