https://www.zirve.edu.az/
23.04.2018 14:10
ATU  ilə Türkiyə  universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

 Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalıq Yahudov Türkiyənin Yıldız Texnik Universitetinin rektoru, professor Bahri Şahin  və həmən universitetin nümayəndə heyətini qəbul edib.

 Görüşdə X.Yahudov universitetin beynəlxalq əlaqələrindən, həyata keçirilən beynəlxalq layihələrdən danışaraq qonaqlara AzTU haqqında  ətraflı məlumat verib. Rektor əvəzi AzTU-nun Türkiyənin 19 universiteti ilə sıx əməkdaşlıq etdiyinə diqqət çəkərək “Mövlanə Mübadilə Proqramı” üzrə müəllim-tələbə mübadiləsinin uğurla həyata keçirildiyini bildirib.

 Daha sonra görüş dekanların iştirakı ilə Heydər Əliyev Mərkəzində davam edib.

 Sonra Yıldız Texnik Universitetinin rektoru, professor Bahri Şahin  rəhbərlik etdiyi təhsil ocağı haqqında geniş məlumat verib. Bahri Şahin bildirib ki, əsası 1911-ci ildə qoyulan Yıldız Texnik Universitetində 11 fakültə var və bu fakültələrin bir çoxu əsasən mühəndis kadrlar hazırlayır. Qeyd olunub ki, hazırda 36 min tələbənin təhsil aldığı Yıldız Texnik Universitetində Texnopark fəaliyyət göstərir ki, bu da tələbələrin nəzəri biliklərinin istehsalatda tətbiqinə şərait yaradır.

 Müzakirələrdən sonra Heydər Əliyev Mərkəzində hər iki  universitet arasında əməkdaşlıq müqaviləsi imzalanıb.