Azedu.az

Bakıda ABŞ-da oxumaq istəyənlər üçün sərgi keçirilib

Ali təhsil

Maraqlı

22 Aprel 2018, 15:47
Bakıda ABŞ-da oxumaq istəyənlər üçün sərgi keçirilib

21 aprel, 2018-ci il tarixində ABŞ-ın Azərbaycandakı Səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyilə EducationUSA-in “Alumni Fair” adlı ABŞ-da təhsil sərgisi keçirilib.

AzEdu.az xəbər verir ki, sərgi xaricdə təhsillə maraqlananlar üçün ABŞ universitetlərində təhsil alma imkanları haqqında məlumat əldə etmək üçün əla fürsət idi. Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunu olan azərbaycanlı və əcnəbi məzunlarla görüşüb, onları maraqlandıran suallarla məzunlara müraciət edə biliblər.

Sərgidə 17-dən çox ABŞ universiteti və müxtəlif təqaüd proqramları təmsil olunub. ABŞ universitetlərinin azərbaycanlı və amerikalı məzunları öz universitetlərini təmsil edərək maraqlanan sərgi iştirakçıları ilə danışıb, onları məlumat və bukletlərlə təmin edib.

 

300 min azərbaycanlı Ermənistana qayıdacaq - KRİTİK ANONS
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox