Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-17 12:20:00
NASA Ayda kosmik gəminin qəzaya uğradığı yeri tapdı

Amerikanın NASA kosmik agentliyi öz saytında İsrailin "SpaceIL" özəl şirkətinə məxsus "Bereşit" kosmik aparatının Ayda qəzaya uğradığı yerin şəkillərini dərc edib.

AzEdu.az xəbər verir ki, qəzanın dəqiq yerini şəkillər sayəsində təsbit etmək mümkün olub.

Bu şəkilləri aprelin 22-də LRO Ay orbit aparatının kameraları çəkib.

"Kameralar təqribən 10 metr enində tünd ləkə qeydə alıb ki, bu da zərbənin yerini göstərir. Tünd çalar sərt eniş zamanı səthin kələ-kötür olduğundan xəbər verir", - deyə məlumatda bildirilir.

Qara ləkə ağ dairələrlə əhatə olunub. Alimlərin fikrincə, Ayın səthinə dəyən zərbə səbəbindən toz qalxıb və səth daha yüksək əksetmə qabiliyyəti qazanıb.

Lakin şəkillərdən aparatın dərin krater buraxıb-buraxmadığını müəyyən etmək çətindir.

Aprelin 11-də qəzaya uğramış gəmi 585 kq çəkiyə malik olub. Onun 400 kq yanacağın çəkisidir. Gəmi aşağı sürətlə hərəkət edib.